Rusiyada Azərbaycan narı satışa çıxdı
Rusiyanın iri pərakəndə şəbəkələrində Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb. Bu meyvələrin minimal qiyməti 1 kq üçün 450 rubldan (təxminən 9 manat) başlayır. Təklif artdıqca çeşid genişlənir və qiymətlər azalır.
Minval.info xəbər verir ki, Rusiyanın Pərakəndə Ticarət Şirkətləri Assosiasiyasının İdarə heyətinin sədri İqor Karavayevin sözlərinə görə, nar mövsümi meyvədir və əsas tədarükçü ölkələrdə məhsulun yığımı payıza təsadüf edir. Hazırda iri pərakəndə şəbəkələrə tədarük Türkiyə, Azərbaycan və Perudan həyata keçirilir.
Karavayev bildirib ki, yeni məhsullar satışa yenicə daxil olmağa başlayıb və hazırda iri pərakəndə şəbəkələrdə bir məhsul mövqeyi təqdim olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Migel Anxel Moratinos: Dinlər 8 milyard insanın qayğısına qalır
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu keçirəcək
SON DƏQİQƏRamiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
Abşeronda yolun təmiri çərçivəsində drenaj sistemi qurulacaq
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb