Şəhid elçin kərimbəyli: Qəhrəmanlıqla dolu qısa bir ömürün izləri
Bu gün qəhrəman şəhidimiz Elçin Kərimbəylinin doğum günüdür. O, 4 avqust 1992-ci ildə Bakı şəhərində dünyaya gəlib.
Minval.info xəbər verir ki, Elçin Kərimbəyli 1998-2007-ci illərdə Nərimanov rayonunda yerləşən “Tərəqqi” Texniki Humanitar Liseyində, daha sonra isə 2007-2010-cu illərdə 3 nömrəli Bakı Peşə Liseyində təhsil alıb.
2010-cu ilin 1 oktyabrında Nərimanov rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Elçin, xidmət müddətində bir çox döyüş tapşırıqlarını uğurla yerinə yetirib və əsgər yoldaşları arasında seçilib. Onun xidmətindəki uğurlarına görə baş atıcı vəzifəsinə yüksəldilib və ailəsinə təşəkkür məktubu göndərilib.
Elçin Kərimbəyli, 20 aprel 2011-ci ildə döyüş postunda növbəti tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!