Səbailin yeni icra başçısı kimdir? - Dosye
Prezident İlham Əliyev Vüqar Zeynalovun Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Minval.info Səbailin yeni icra başçısının dosyesini təqdim edir:
Vüqar Teyyub oğlu Zeynalov bu təyinatadək Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsində çalışırdı.
Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinin məzunudur.
Müxtəlif dövrlər ərzində özəl şirkətdə hüquqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat muzeyində baş mütəxəssis, Azərbaycan Milli Elmlər Akademiyasının “Akademiya” kitab mərkəzində direktor, Azərbaycan Dövlət İncəsənət muzeyində Muzey işində innovasiyaların tətbiqi şöbəsinin müdiri, muzeyin direktor müavini, Azərbaycan Diplomatiya Akademiyasının (ADA) Kitab Mərkəzində direktor vəzifəsində çalışıb. 2012-2015-ci illərdə Nizami Kino Mərkəzinin direktoru vəzifəsində işləyib.
2015-ci ilin 28 dekabr tarixindən bu günə kimi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsində çalışırdı.
Ailəlidir, bir övladı var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qurbanların kəsilə biləcəyi ünvanların SİYAHISI
Əsgərlikdə olmayıb, 14 ildir icra başçısıdır...
İlhamənin oğlundan azadlığa buraxılandan sonra ilk açıqlama
Rus ordusu Enerqodar şəhəri və Zaporojye AES-i ələ keçirdi
Əməliyyatdan sonra ölən həkimin ailəsində bədbəxt hadisə
Fərrux yüksəkliyi: O, niyə əhəmiyyətlidir?