08.07.2018 - 22:49
Hadisə
24 baxış
Əsəb xəstəsi kişi özünü ikinci mərtəbədən atdı
Bu gün günorta saatlarında Şəki Əsəb Xəstəlikləri Dispanserinə müalicəyə gətirilmiş rayonun Böyük Dəhnə kənd sakini 1980-ci il təvəllüdlü Şahmar Məmmədsaleh oğlu Osmanov dispanserin ikinci mərtəbəsində pəncərəni sındıraraq özünü yerə atıb.APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, müxtəlif dərəcəli bədən xəsarətləri alan Şahmar Osmanov Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
MRX-dan bildirilib ki, Şahmar Osmanova sol qolun dirsək nahiyəsinin açıq sınığı və başın alın nahiyəsinin cırılmış yarası diaqnozu qoyulub. Şahmar Osmanova lazımi tibbi yardım göstərildikdən sonra Şəki Əsəb Xəstəlikləri Dispanserinə geri göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Moped və velosiped sürənlərə xəbərdarlıq
31.10.2026 - 15:24
Ölümlə nəticələnən qəzaların səbəbləri açıqlandı
31.10.2026 - 15:14
Şəkidə məmur bələdiyyə sədrinə hücum etdi
31.10.2026 - 14:34
Moskva səmasında PUA təhlükəsi: Bakıya uçan təyyarə havaya qalxa bilmədi
31.10.2026 - 14:14
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
31.10.2026 - 12:24
Rusiya ordusu Kiyevin ən güclü istilik elektrik stansiyasını vurdu
31.10.2026 - 11:04
Hakkaridə Türkiyə əsgəri həlak oldu
31.10.2026 - 10:54
Ata hamilə qızını və sevgilisini qətlə yetirdi
31.10.2026 - 10:24