Rüşvətxor universitet müəlliminin məhkəməsi başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Tabil Paşayev və Arifə Hacıyevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
“Minval.info” report-a istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası martın 27-nə təyin edilib.
Qeyd edək ki, bu il yanvar ayında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 34, 312-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə axtarışda olan 1951-ci il təvəllüdlü T.Paşayev saxlanılıb.
Məlumata görə, T.Paşayev barəsində Nərimanov rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilib. Məlum olub ki, T.Paşayev Xəzər rayon Qala qəsəbəsində gizlənib və o, tutularaq istintaqa təhvil verilib.
Onunla eyni ittiham üzrə təqsirləndirilən A.Hacıyeva isə Bakıda əvvəllər universitet müəllimi olub. Daha əvvəl dələduzluq etdiyi üçün barəsində axtarış qərarı çıxarılıb, sonra polis əməkdaşları tərəfindən saxlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?