Rusiyaya ixrac adı altında milyonlarla manatlıq dələduzluq: Məhkəmə hökmü açıqlandı
Kənd təsərrüfatı məhsullarını Rusiyaya ixrac etmək adı ilə vətəndaşları aldadaraq pullarını mənimsəməkdə ittiham olunan üç şəxsin məhkəmə prosesi sona çatıb. Elnur Haxtari, Kamal Həsənov və Ələkbər Quliyev adlı şəxslərin cinayət işi üzrə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan edilib.
Minval.info xəbər verir ki, hakim Fəxri Məmmədovun rəhbərliyi altında keçirilən məhkəmə prosesində Elnur Haxtari 8 il 8 ay, Kamal Həsənov 11 il, Ələkbər Quliyev isə 2 il sınaq müddəti olmaqla 5 il şərti azadlıqdan məhrum edilib.
Bu şəxslər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən məsuliyyətə cəlb olunublar. Cinayət işi üzrə üç iş adamı zərərçəkmiş qismində tanınıb və onlara dəymiş ümumi ziyanın məbləği 3 milyon manat təşkil edir.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin müxtəlif maddələri, o cümlədən 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq) və 213.1-ci (vergilərdən yayınma) maddələri ilə ittiham olunublar. İstintaq müddətində zərərçəkənlərə dəymiş ziyanın bir qismi ödənilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-da süni zəka ilə 129 milyon dollarlıq dələduzluq aşkarlandı
Süni intellektlə rəhbərləri təqlid edərək 130 milyon dollar oğurladılar
Məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı yeni iddialar
Boşanma zamanı qadına dələduzluqla 163 min manat ziyan vuruldu
Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir
Milyonçu Bəxtiyar Dalinin zorlamağa cəhd etdiyi qadın müğənni imiş