Xəbər verdiyimiz kimi, məşhur bloger Hüseyn Həsənov bu gün Bakıda fanatları ilə görüşüb.

Görüşdə izdiham yaşanıb və bu görüntülər sosial şəbəkələrin gündəminə çevrilib.

“Minval.info” azxeber.com-a istinadən Hüseyn Həsənovla bağlı maraqlı faktları təqdim edir:

Hüseyn Həsənov Rusiyanın ən məşhur videobloggeri hesab edilir.

Hüseyn 5 iyun 1987-ci ildə Sankt-Peterburqda azərbaycanlı əsilli iş adamının ailəsində anadan olub. Valideynləri restoran biznesi ilə məşğuldurlar.

Hüseyn Azərbaycanla bağlı xatirələri haqda deyir:

“Azərbaycana getməyi sevirəm. Çünki ora mənim vətənimdir. Bakının Bülbülə qəsəbəsindənəm. Orada istirahət etməyi də, qohumlarıma baş çəkməyi də sevirəm. Bakı çox dəyişib, gözəlləşib. Mən ikinci sinfədək orda oxumuşam. Çoxları elə bilir ki, Azərbaycan dilində danışa bilmirəm. Amma mənə rus dilində danışmaq daha asandır. Çünki burda yaşamışam”.

H.Həsənov universitetə sevdiyi qıza görə getdiyini açıqlayıb:

“Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetini bitirmişəm. 5 il oxumuşam, iqtisadçıyam. Sonra Moskvaya gəldim. Diploma heç ehtiyacım olmadı. Heç bilirsiniz universitetə necə qəbul olmuşam? Orada bir qız vardı, çox xoşuma gəlirdi və o qız həmin universitetə qəbul oldu. Mən vəkil olmaq istəyirdim. Elə alındı ki, o qıza görə həmin universitetə getdim və nəticədə 5 il oxudum. Mən hətta oxuduğum müddətdə bilirdim ki, ixtisasım üzrə işləməyəcəm. Universitet daha çox yaxşı təcrübədir. Mən orada yaxşı dostlar tapdım, hansı ki, instaqram üçün videolar çəkməyə başladıq. Heç də peşman olmadım”.

1542091190_43985096_593119011107931_387205883028111550_n.jpg (164 KB)

Gənc məktəbi bitirdikdən sonra Sankt-Peterburq Dövlət İqtisad Universitetinin maliyyə-iqtisad fakültəsinə daxil olub və 2015-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.

Hələ universitetdə oxuyarkən KVN-də oynamağa başlayan Hüseyn komandanın kapitanı olub, sonra stend-up komediyaçısı kimi fəaliyyət göstərib, universiteti bitirdikdən sonra İnstaqram üçün videoçarxlar çəkib. Paralel olaraq bizneslə məşğuldur: kafelər şəbəkəsi və mağaza kişi geyimi GG markası var.

5858.jpg (569 KB)

Hüseyni hazırda instagramda 21 milyondan çox insan izləyir. Rusiyanın ən məşhur simalarından olan Hüseyn Çeçenistan prezidenti Ramzan Kadırov ilə də dostdur. Hətta Kadırov bir müddət öncə Hüseyni evləndirmək istədiyini də demişdi.

Bloger özü bu haqda deyib: “Subayam. Amma evlənmək istəyirəm. Evlənəcəyim xanımı tapmaq çox çətindir. Hələ ki, qarşıma çıxmayıb, amma çıxar. Son olaraq gənclərə demək istəyirəm ki, öz arzularının ardınca getsinlər. Mən bir neçə il əvvəl mağazada işləyirdim. Amma indi öz restoranımı açmışam”.