İsraildə siyasi düyün hələ də çözülmür
İsraildə siyasi vəziyyət hələ də qeyri-müəyyən olaraq qalır. Prezident İshak Hersoq, yeni hökuməti qurmaq üçün bir namizədə 28 gün müddət verəcək. Bu müddət lazım gəldikdə 14 gün daha uzadıla bilər. Bu müddət ərzində koalisiya qurulmasa və ya heç bir namizəd razılıq əldə etməsə, İsrail yeni seçkiyə gedə bilər.
Minval.info xəbər verir ki, son seçkilərdə Benyamin Netanyahunun rəhbərlik etdiyi Likud Partiyası 27 mandat qazanaraq, 120 yerli parlamentdə ən çox mandat əldə edən tək partiya oldu. Lakin Netanyahunun dini-millətçi bloku cəmi 53 mandatla kifayətləndi.
Eyni zamanda, mərkəz sol və sağ görüşlü dörd yəhudi partiyasından ibarət, Netanyahuya qarşı olan blok isə yalnız 48 mandat toplaya bildi, baxmayaraq ki, seçki öncəsi anketlər başa-baş mübarizə gözləyirdi.
İsraildəki ərəb azlığı təmsil edən iki partiya isə seçkilərdə 19 mandat əldə edərək, görünməmiş bir təmsil gücünə nail oldu. Cümə axşamı keçirilən görüşlərdə ultra-ortodoks yəhudi seçicilərini təmsil edən iki əsas partiyadan biri və Netanyahunun köklü koalisiya ortağı olan Birləşmiş Tevrat Yəhudiliyi partiyası, Hersoqa heç bir namizəd təklif etmədi.
General-mayor Qadi Ayzenkot da, Netanyahu kimi, ərəb partiyaları ilə ortaq hökumət qurma ehtimalını rədd etsə də, parlamentdəki iki ərəb partiyası dəstəyini Ayzenkota verdi və onun millət vəkillərinin əksəriyyətinin dəstəyini qazanmasına səbəb oldu.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vaşinqtonda "qara piar" müharibəsi: Tramp və Mask hədəfdə
Keniyada dini lider 191 nəfərin ölümünə görə ömürlük həbs cəzası aldı
Moldova ruslara viza tətbiq edəcək: Moskvanın cavabı necə olacaq?
MiniBoss Baku yeni filialı üçün qəbul prosesinə start verdi
Trampın "böyük saziş" vədi: Rusiya-Ukrayna müharibəsi sona çatır?
Roma Papası XIV Leo Latın Amerikasına 12 günlük səfərə başladı