Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
“Uğur qızlarımızındır” təşəbbüsü çərçivəsində İKT ixtisasları üzrə yüksək nəticələrlə ali məktəblərə qəbul olan tələbə qızlarla görüş keçirilib.
Publika.az xəbər verir ki, Azercell, gənc qadınların informasiya və kommunikasiya texnologiyaları sahəsində inkişafını dəstəkləyən təşəbbüsünü davam etdirir. Bu çərçivədə Kompüter elmləri, Data analitikası və İnformasiya təhlükəsizliyi ixtisaslarında uğur qazanan tələbə qızlarla görüş təşkil edilib.
Görüşdə Azercell-in Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva, Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova və digər şirkət nümayəndələri iştirak ediblər. Texnologiya sektorunun inkişaf istiqamətləri, yeni peşə və bacarıqlara artan tələbat müzakirə olunub.
ƏLAQƏLİ
Süni intellektə yatırılan milyardlar Azərbaycanda hansı sahələri dirçəldə bilər
Tələbələr süni intellekt və kibertəhlükəsizlik sahələrində Azercell-in fəaliyyətinə xüsusi maraq göstəriblər. Azercell-in rəqəmsal transformasiya strategiyasının əsas istiqamətlərindən biri olan süni intellekt, müştəri təcrübəsinin yaxşılaşdırılması və kibertəhlükəsizliyin gücləndirilməsi üzrə tətbiq edilir.
Gənc qadınlara şirkətdə təcrübə və təqaüd proqramları, eləcə də peşəkar inkişaf imkanları haqqında məlumat verilib. Azercell, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq, gənclərin inkişafına yönəlmiş təşəbbüslərlə dayanıqlı inkişafı dəstəkləyir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"ChatGPT" "Google"ın axtarış üstünlüyünə meydan oxuyur
Apple Çində süni intellekt sınaqlarına başlayır, Alibaba ilə əməkdaşlıq edir
İnnovativ texnologiya ilə evlər sürətlə tikilir
Cəmi 20 il qalıb: Bil Qeyts insanlığı təhdid edən xəbəri çatdırdı
Süni intellekt cərrahların işini dəyişir