Rusiyalı deputat: "Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insident təxribatdır"
Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev Moskvada azərbaycanlılar və çeçenlər arasında səs-küyə səbəb olmuş hadisəyə birmənalı qiymət verib.
Deputatın sözlərinə görə, bu insident Rusiya-Azərbaycan dostluq münasibətlərinin inkişafı tempinin yavaşlamasında maraqlı olan şəxslərin təxribatıdır.
Trend-in məlumatına görə, D.Savelyev jurnalistlərlə söhbətində deyib: “Rusiya, o cümlədən onun tərkibinə daxil olan Çeçenistan üçün Azərbaycanla münasibətlər strateji xarakter daşıyır və ölkələrimiz arasında dostluq əlaqələri ildən ilə möhkəmlənir”.
Deputat xatırladıb ki, 2018-ci il bu mənada iqtisadiyyat, siyasət və mədəniyyətdə bütün göstəricilər üzrə rekord il olub:
“Ötən il əsrin dörddə biri ərzində müzakirə olunan Xəzər dənizinin statusunun nəhayət ki, müəyyən edilməsini xatırlatmaq kifayətdir. Azərbaycanla Çeçenistanın çoxşaxəli əlaqələri isə iqtisadi sahədə Rusiya-Azərbaycan birgə layihələrinin inkişafının perspektivli istiqamətlərindən biridir”.
D.Savelyev vurğulayıb ki, ölkələrimizin mövqelərinin güclənməsi üçüncü qüvvələri narahat edir:
“Həmin epizodun KİV-lərdə bu cür əks-səda doğurması məhz onların təsirinin nəticəsidir. Şübhə yoxdur ki, həmin insidentin hüquq-mühafizə orqanları tərəfindən təhqiqatına ehtiyac var. Eyni zamanda, hökumətlərarası strukturlar bu epizodun KİV-lərdə bu qədər şişirdilməsinin səbəbini araşdırmalıdır”.
Qeyd edək ki, fevralın 14-də Moskvada “Neolit” kafesinin yanında silahlı münaqişə baş verib. Hadisə yerinə gələn polis dava iştirakçılarından 18 nəfəri tutub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mutasiyaya uğramış koronavirus sürətlə yayılır
Putindən NÜVƏ AÇIQLAMASI - Rusiya bu halda...
İrandan gələn 4 nəfər də xəstəxanaya yerləşdirildi