Rusiyada azərbaycanlı tələbəni qətlə yetirən şəxs axtarışa verildi - Video
Ötən cümə günü gecə saatlarında Rusiyanın Volqoqrad vilayətinin Voroşilovsk rayonunda tələbə yataqxanalarının birinin yaxınlığında azərbaycanlı tələbə Timur Qavrilov qətlə yetirilib.
“Qafqazinfo” bildirir ki, bu barədə “Bloknot Volqoqrada” nəşri xəbər verib.
“СоцИнформБюро” informasiya agentliyi yazır ki, qətlə yetirilən şəxs birinci kurs tələbəsi olub. Gənc Azərbaycandan Volqoqrada Tibb Universitetində təhsil almaq üçün gəlibmiş. İstintaq zamanı məlum olub ki, həmin gün oğlan şəhərin Mərkəzi rayonunda dostunun evinə gedib və gecə saatlarında yaşadığı yataqxanaya yollanıb. Raboçe-Krestyansk küçəsində tələbəyə naməlum şəxs hücum edib. O, ona çoxsaylı bıçaq zərbələri endirib, nəticədə 17 yaşlı Timur hadisə yerində həyatını itirib. Qatil həmin ərazidə quraşdırılmış videomüşahidə kameralarına düşüb, hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.

Qətli törətməkdə şübhəli bilinən şəxs
Regional İstintaq Komitəsinin Mətbuat Xidmətinin məlumatına görə, artıq cinayət işi qaldırılıb. Onu ən təcrübəli müstəntiqlər araşdırır.
“Novosti Volqoqrada” yazır ki, oğlan nümunəvi davranışı və təvazökar xarakteri ilə fərqlənirdi. Gənc bir il əvvəl tələbə mübadiləsi proqramı üzrə Bakıdan Volqoqrad şəhərinə gəlmiş və Stomatologiya fakültəsində birinci kursu müvəffəqiyyətlə bitirmişdi.
Qeyd edilir ki, Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov Azərbaycan vətəndaşının amansız qətli ilə bağlı cinayət işinin açılmasında kömək edən vətəndaşlara pul mükafatının ayrılmasına dair qərar qəbul edib. Bu məqsədlə 1 milyon rubl ayrılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xalq artisti villasını 3 milyona satışa çıxardı - Video
"VAR olsaydı, "Qarabağ" 1/8 finala vəsiqə qazanacaqdı" - Elxan Məmmədov
“Ərdoğanın sülh çağırışları o demək deyil ki...” - Tofiq Zülfüqarov
Bakıda azyaşlı qızları fahişə kimi satıblar
Qusarda evdən yanmış kişi meyiti tapıldı
Binə sakinləri uşaqlarını məktəbə qeydiyyatdan keçirə bilmirlər - VİDEO