"Rusiya qışdan silah kimi istifadə edir" - Bayden
Ukrayna prezidenti Vladimir Zelenski və ABŞ prezidenti Co Bayden Ağ Evdə mətbuat konfransı keçirib.
ABŞ Prezidenti bildirib ki, 300 gün ərzində Ukrayna Rusiyaya polad mahiyyətini və qırılmazlığını göstərdi: “Ukraynanın azadlığı təhlükə altında olanda amerikalılar tərəddüd etmədilər və Ukraynanın müdafiəsinə qalxdılar. Müttəfiqlər Ukraynanı gücləndirmək üçün 2000 tank və zirehli texnika, 800 artilleriya sistemi, 2 milyon mərmi, milyardlarla dollar maddi dəstəklə təmin etdilər. Avropa və ABŞ-ın dünya üzrə müttəfiqləri milyonlarla ukraynalı qaçqına sığınacaq verdi”.
Bayden həmçinin qeyd edib ki, Ukrayna Kiyev, Xerson, Xarkov uğrunda mübarizədə qalib gəldi və Rusiyanın gözləntilərini aşdı. ABŞ Ukraynanı dəstəkləyir və nə olursa-olsun dəstəkləməyə davam edəcək.
Bayden qeyd edib ki, ABŞ Ukraynaya əlavə 45 milyard dollarlıq yardım, 1,8 milyard dollarlıq paket ayıracaq.
ABŞ prezidenti həmçinin qeyd edib ki, Pentaqonun Ukraynaya silah ötürməsini asanlaşdıracaq başqa bir layihəyə imza atacaq.
Bayden bildirib ki, Rusiya Ukraynanın dinc sakinlərini istilik, işıq və sudan məhrum etmək üçün kritik infrastruktur obyektlərini qəsdən atəşə tutur.
“Rusiya qışdan silah kimi istifadə edir”, – Bayden qeyd edib.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Beyrut qubernatoru ağladı - Video
“Taliban” Əfqanıstanın daha bir böyük şəhərini ələ keçirdi
İmamoğlunun ingiliscə danışması sosial şəbəkələrdə olay oldu – VİDEO
İsrail iyunda bu ölkəyə HÜCUM EDƏCƏK - ŞOK İDDİA
Ukraynada türkiyəli qızların başını kəsən qatildən etiraf - VİDEO
Dünyaya dərisi ləkəli gəldi, indi dünya gözəlidir
Bakı məktəblərində işə qəbul üzrə imtahanın vaxtı açıqlandı