Rusiya helikopteri Estoniyanın hava məkanını pozub, səfir XİN-ə çağırılıb
İyunun 18-i axşam saatlarında Rusiyanın “Mi-8” sərhəd gözətçi helikopteri Estoniyanın cənub-şərqindəki Koydula bölgəsində Baltikyanı ölkənin hava məkanını pozub. Hadisə, təxminən, iki dəqiqə davam edib.
“Report” xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, helikopter təqdim edilmiş uçuş planı olmadan və transponderi (rabitə cihazı) söndürülmüş halda uçub. Rusiyalı pilotların Estoniyanın aviadispetçer xidməti ilə ikitərəfli əlaqəsi olmayıb.
Buna cavab olaraq bu gün Estoniya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağıraraq ona nota təqdim edib. Bu, cari ildə Estoniyanın hava məkanının ikinci dəfə pozulmasıdır.
Ötən il Rusiya təyyarələri Estoniya sərhədini 5 dəfə pozub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
2026-cı ilin avqustu: İqlim rekordları qırıldı
Hörmüz boğazında ticarət gəmisinə hərbi müdaxilə
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir
Şəhid anası Gülçöhrə İsayeva vəfat etdi
Almaniyada müharibə bombası: 5 min nəfər təxliyə olunur