Rusiya benzin ixracına qadağanı 2027-ci ilə qədər uzatdı
Rusiya hökuməti, benzin ixracına tətbiq edilən qadağanı 31 yanvar 2027-ci ilə qədər uzatmaq qərarına gəlib. Bu addım, ölkənin daxili yanacaq bazarında sabitliyi təmin etmək məqsədilə atılıb.
Minval.info xəbər verir ki, hökumətin açıqlamasına görə, dizel və gəmi yanacağı üçün tətbiq olunan məhdudiyyətlər isə 1 sentyabrdan etibarən ləğv ediləcək. Bununla yanaşı, beynəlxalq sazişlər çərçivəsində həyata keçirilən yanacaq tədarükü də qadağadan təsirlənməyəcək.
Xatırladaq ki, Ukraynanın pilotsuz uçuş aparatları ilə Rusiyadakı neft emalı zavodlarına hücumlarından sonra bəzi müəssisələr müvəqqəti olaraq bağlanıb və bəzi bölgələrdə yanacaq satışına məhdudiyyətlər tətbiq olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kosmosda silahlanma: Rusiya ABŞ-yə meydan oxuyur
Yəməndə gərginlik: Husilərdən Səudiyyəyə zərbə
Rusiya NATO ittihamlarını rədd etdi: "isterika və təxribat
İraq-İran sərhədində üç keçid yenidən açılır
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi