Rumıniya yenidən dron vurdu – Üç gündə üçüncü insident
Rumıniya Hərbi Hava Qüvvələri ölkənin hava məkanında daha bir pilotsuz uçuş aparatını məhv edib. Minval.info xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Nikuşor Dan “X” sosial şəbəkəsində paylaşım edib.
Prezidentin sözlərinə görə, səhər saat 10:13-də (Bakı vaxtı ilə 11:13) Rumıniya HHQ-yə məxsus F-16 qırıcısı Sulina–Kiliya rayonu istiqamətində, Rumıniyanın ərazi suları üzərində daha bir pilotsuz uçuş aparatını vurub.
Nikuşor Dan əlavə edib ki, Baş Prokurorluğun araşdırmasına əsasən, cümə günü məhv edilən dron Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi “Şahed” tipli pilotsuz uçuş aparatı olub.
Qeyd edək ki, bu, son üç gün ərzində Rumıniya tərəfindən vurulduğu bildirilən üçüncü pilotsuz uçuş aparatıdır. İyulun 25-də Rusiyanın Ukraynaya növbəti hücumu zamanı Rumıniyanın hava məkanını pozduğu bildirilən bir dron məhv edilmiş, iyulun 24-də isə ölkənin hava məkanına daxil olan daha bir pilotsuz uçuş aparatı F-16 qırıcısı tərəfindən vurulmuşdu.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"