Rumıniya sahillərində gəmi qəzası: Qara dənizdə türk dənizçilər xilas edildi
Oxu.az-ın məlumatına görə, Rumıniya Daxili İşlər Nazirliyinin əməkdaşları Qara dənizdə, Neptun kurort qəsəbəsinin yaxınlığında qəzaya uğramış yedək gəmisindəki yeddi türk dənizçinin xilas edilməsi üçün əməliyyat həyata keçiriblər.
Rəsmi məlumata əsasən, Türkiyə bayrağı altında üzən “Ayaz Bey” yedək gəmisi Antiqua və Barbuda bayrağı altında olan “Mentor” gəmisi ilə toqquşduqdan sonra beynəlxalq “Mayday” həyəcan siqnalı verib.
İlkin məlumatlara görə, “Ayaz Bey” və “Ramazan Bey” adlı iki Türkiyə yedək gəmisi Ukrayna sularında, Odessa limanı yaxınlığında zədələnmiş “Mentor” gəmisini Türkiyəyə doğru çəkirdi. Gecə saatlarında pis hava şəraiti səbəbindən yedək kəndirləri qırılıb və “Ayaz Bey” gəmisi “Mentor” ilə toqquşub.
ƏLAQƏLİ
Rusiya ilə sərhəddə həyəcan: Polşa xüsusi təyinatlıları hərəkətə keçirdi
Xilasetmə əməliyyatına Rumıniyanın DİN-nə məxsus iki su nəqliyyatı vasitəsi və Dənizdə İnsan Həyatının Xilası Agentliyinin bir gəmisi cəlb olunub. Heyət üzvlərindən üçü Niderland bayrağı altında üzən “Odin” yedək gəmisinə mindirilərək Rumıniyanın Manqaliya limanına aparılıb. Digər dörd nəfər isə köməyə ehtiyacları olmadığını bildirərək təxliyədən imtina edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya ilə sərhəddə həyəcan: Polşa xüsusi təyinatlıları hərəkətə keçirdi
Bakıda qadın canlı yayım zamanı həyatını itirdi
İspaniya futbolunda faciə: Qapıçı ilə toqquşan hücumçu öldü
Dövlət sərhədində bir ayda 472 kiloqram narkotik aşkarlanıb
Yarım tona yaxın narkotik aşkarlandı
Türkiyədə sərnişin avtobusu aşdı: 45 yaralı var