Gələn il pensiyalar neçə faiz artacaq?
2027-ci ildə Azərbaycanda əmək pensiyalarının 7,5 faiz artırılması gözlənilir. Publika.az-ın məlumatına görə, bu artım, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilən “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində nəzərdə tutulub.
Sənədə əsasən, 2027-ci ildə əmək pensiyalarının ödənilməsi üçün ayrılacaq məbləğ 8 milyard 669,43 milyon manat təşkil edəcək. Bu, 2026-cı il üçün təsdiq edilmiş proqnozla müqayisədə 676,55 milyon manat, yəni 8,46 faiz daha çoxdur.
Pensiyaların indeksləşdirilməsi zamanı, 2027-ci ildə orta aylıq nominal əmək haqqının artım tempinin 7,5 faiz olacağı gözlənilir. Bu göstərici, pensiya məbləğlərinin artımına da təsir edəcək.
Qanun layihəsində qeyd olunur ki, 2026-cı ilin sonuna əmək pensiyalarının orta aylıq məbləği 663,82 manat olacaq. Bu göstəricinin artım dinamikasına əsaslanaraq, 2027-ci ildə pensiya xərclərinin ümumi həcminin 8 milyard 669,43 milyon manata çatacağı proqnozlaşdırılır.
Hesablamalara görə, 2027-ci ildə orta aylıq əmək pensiyasının 2026-cı ildə gözlənilən 594,4 manatdan təxminən 7,5 faiz artaraq 639 manata çatması gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukraynadan gətirilən daha bir yağ məhsulunda uyğunsuzluq aşkarlanıb
İndoneziya iqtisadiyyatı üçüncü rübdə 5.47% böyüyüb
Emirates Group-un mənfəəti Körfəz münaqişəsi fonunda 66% azalıb
Lotereya və mərc oyunları üçün yeni vergi qaydaları təklif edilir
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
İkinci əl avtomobillərin satışında ƏDV qaydası dəyişir