04.11.2026 - 14:14
Qadın hakimə qarşı seksist təhqirlər: İstintaq başladıldı
İdman 129 baxış

Qadın hakimə qarşı seksist təhqirlər: İstintaq başladıldı

İtaliya Futbol Federasiyasının İntizam Komitəsi, hakim Maria Sole Ferrieri Kaputiyə qarşı seksist təhqirlərlə bağlı istintaq başladıb. Publika.az-ın məlumatına görə, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Hadisə, 1 noyabr bazar günü Seriya A-nın 10-cu turunda keçirilən “Komo” və “Venesiya” (1-0) oyunu zamanı baş verib. Hakim Ferrieri Kaputi, 30-cu dəqiqədə “Komo”nun qapısına penalti təyin edib, lakin VAR yoxlamasından sonra qərar ləğv edilib.

Bu hadisə zamanı canlı yayımda hakimə qarşı “Gedin souslu makaron bişirin”, “Gedin tozsoranla çalışın” və “Hakimlik sizin üçün deyil” kimi seksist ifadələr səsləndirilib.

Batrakov: "Çox xoşbəxtəm" ƏLAQƏLİ
Bunu da oxu

Batrakov: "Çox xoşbəxtəm"

04.11.2026 - 10:14

FIGC, artıq Komo polisindən bu təhqirlərlə bağlı video və audio yazılarını tələb edib. Məqsəd, bu ifadələri səsləndirən şəxsləri müəyyən edərək, onları məsuliyyətə cəlb etməkdir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: