03.11.2026 - 17:34
Rusiya ilə sərhəddə həyəcan: Polşa xüsusi təyinatlıları hərəkətə keçirdi
Hadisə 200 baxış

Rusiya ilə sərhəddə həyəcan: Polşa xüsusi təyinatlıları hərəkətə keçirdi

Polşa, Kalininqrad vilayəti ilə sərhəd bölgəsinə xüsusi təyinatlı qüvvələr göndərib. Publika.az-ın məlumatına görə, bu addım Polşanın baş naziri Donald Tusk tərəfindən açıqlanıb.

Polşanın xüsusi təyinatlı GROM bölməsinin üzvləri, potensial diversiya aktlarını önləmək məqsədilə sərhəd bölgəsində həyata keçirilən əməliyyatlara cəlb olunublar.

Baş nazir Tusk, “Biz bu bölgəyə polis, sərhəd xidməti və antiterror bölmələrinin əhəmiyyətli qüvvələrini yerləşdirmək qərarına gəldik” deyə bildirib.

Tusk, Polşa və xarici xüsusi xidmət orqanlarının hazırlanan diversiyalar və təxribatlarla bağlı məlumatlarına əsaslanaraq bu qərarın qəbul edildiyini qeyd edib.

Ancaq baş nazir, həmin məlumatları təsdiqləyən hər hansı sübut təqdim etməyib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: