Ronaldunun "Mançester Siti"yə keçməməsinin səbəbi məlum olub

İngiltərə “Mançester Yunayted”i ilə anlaşan Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun “Mançester Siti”yə keçməməsinin səbəbi bəlli olub.
“Minval.info” “La Repubblica” nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola ilə söhbətdən sonra fikrini dəyişib.
İspaniyalı mütəxəssisin ulduz futbolçuya qarşı soyuq rəftarı və ona əsas heyətdə oynayaqla bağlı təminat verməməsi Ronaldunun qərarında həlledici olub. Nəticədə “Mançester Siti”yə keçməkdən imtina edən təcrübəli forvard doğma klubuna qayıdıb.
Qeyd edək ki, son klubu İtaliya “Yuventus”u olan Kriştianu Ronaldu 2003 – 2009-cu illərdə “Mançester Yunayted”in formasını geyinib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?