27.08.2021 - 16:02
İdman
17 baxış
Ronaldu “Yuventus”un futbolçuları ilə vidalaşaraq klubu tərk etdi

“Yuventus”un portuqaliyalı hücumçusu Kriştiano Ronaldu komanda yoldaşları ilə vidalaşaraq klubun məşq bazasını tərk edib.
İdman jurnalisti Fabrisio Romano bu barədə öz “Twitter” səhifəsində məlumat yayıb.
“Ronaldu bu gün məşq etməyib. O, komanda yoldaşları ilə vidalaşmaq üçün məşq bazasında 40 dəqiqə zaman keçirib və sonra oradan ayrılıb. Kriştianu yaxın bir neçə saat ərzində “Yuventus”u tərk etməyi planlaşdırır və “Mançester Siti” ilə danışıqlar aparan agentindən xəbər gözləyir”, – deyə Fabrisio Romano yazıb.
Daha əvvəl isə “Mançester Siti”nin K.Ronalduya iki illik müqavilə təklif etdiyi barədə xəbər verilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
19.09.2026 - 14:29
Messi İspaniya klubunu almağa hazırlaşır
19.09.2026 - 10:59
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
18.09.2026 - 08:58
Messi MLS-də 100-cü qolunu vurdu!
17.09.2026 - 21:53
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
17.09.2026 - 12:54
Kiyevə hücum: Bir ölü, on bir yaralı
16.09.2026 - 20:12
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
13.09.2026 - 21:38
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
13.09.2026 - 16:51