11.01.2019 - 10:42
İdman 3 baxış

Ronaldodan təcavüz qalmaqalı ilə bağlı DNT nümunəsi götürüləcək

Las-Veqas polisi “Yuventus” və Portuqaliya millisinin cinsi təcavüzdə ittiham olunan hücumçusu Kriştianu Ronaldodan DNT nümunəsi götürülməsi barədə göstəriş verib.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.

Bildirilir ki, polis Ronaldonu cinsi təcavüzdə ittiham edən Ketrin Mayorqanın paltarından tapılan genetik material nümunələrinin portuqaliyalı futbolçunun DNT-si ilə uyğun gəlib-gəlmədiyini müəyyənləşdirmək niyyətindədir.

Məlumata görə, polis müvafiq orderi artıq İtaliyanın məhkəmə xidmətlərinə göndərib.

Daha əvvəl 34 yaşlı model Mayorqa Ronaldonu guya 2009-cu ildə Las-Veqasda baş verən cinsi təcavüzdə ittiham edərək məhkəməyə verib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: