Ronaldo yenə kapitan sarğısını yerə atıb
Portuqaliyanın futbol üzrə yığmasının kapitanı Kriştiano Ronaldo AVRO-2020-nin 1/8 finalının Belçika komandasına qarşı matçında (0:1) məğlubiyyətdən sonra kapitan sarğısını qazona atıb.
“Report” xəbər verir ki, hücumçu bu oyunda yığmanın heyətində qolların sayı üzrə dünya rekordu qıra bilərdi, lakin indi onun rekorda imza atması üçün bir qolu çatmır. Milli komandanın heyətində Ronaldonun aktivində 109 qol var.
Qeyd edək ki, matçda portuqalların qapılarına yeganə qolu Torqan Azar vurub. Onun uzaq məsafədən endirdiyi zərbə Belçika yığmasının yeganə qolu olub.
Kriştiano Ronaldo daha əvvəl Serbiya ilə 2:2 hesablı heç-heçə etdikləri dünya çempionatının seçmə oyununda kapitan sarğısını yerə tullayıb.
Martda keçirilən qarşılaşmada 36 yaşlı hücumçu 3-cü uzatma dəqiqəsində qolunun sayılmamasına etiraz əlaməti kimi bu addımı atıb. Onun zərbəsindən sonra serbiyalı müdafiəçi Stefan Mitroviç topu qapı xəttinin içərisindən çıxarıb. Portuqaliyalı futbolçular topun qapı xəttini keçdiklərini bildirsələr də, niderlandlı baş hakim Denni Makkeli “davam” qərarı verib.
Sonradan onun kapitan sarğısı hərraca çıxarılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?