Ronaldo "Real"dan ayrılmasının əsl səbəbini açıqladı
Kriştiano Ronaldo “Real”dan ayrılmasının səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, portuqaliyalı ulduz bu barədə “France Football”a açıqlamasında danışıb:
“Son vaxtlar hiss edirdim ki, klubda mənə qarşı münasibət dəyişib. Xüsusilə də prezident Florentino Peres məni əvvəlki kimi qəbul etmirdi. İlk 4-5 ildə özümü Kriştiano Ronaldo kimi hiss edirdim. Daha sonra isə klub prezidenti mənə elə gözlə baxırdı ki, sanki bu komanda üçün vacib biri deyiləm. Məhz bu amil məni getmək barədə düşünməyə vadar etdi. Deyirdilər ki, guya mən özüm “Real”dan ayrılmaq üçün nəsə xahiş etmişəm. Bu da var idi, amma əslində Peresin məni komandada saxlamayacağına dair təəssürat yarandığı üçün bu addımı atdım. Hər şey pulla əlaqəli olsaydı, “Real” və “Yuventus”dakından 5 dəfə çox qazana biləcəyim Çinə gedərdim”.
Qeyd edək ki, Ronaldo mövsümün əvvəlində 105 milyon avro qarşılığında “Real”dan “Yuventus”a transfer olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?