Robert Sekuta: "Mən və ailə üzvlərim Azərbaycana yenə gələcəyik"
“Azərbaycanda fəaliyyətim müddətində ən yadda qalan məsələ əlaqələrin yaxşılaşdırılması və inkişaf etdirilməsi olub”.
APA-nın məlumatəna görə, bu sözləri ABŞ-ın yaxın günlərdə Azərbaycanı tərk edəcək Azərbaycandakı səfiri Robert Sekuta deyib.
O bildirib ki, diplomatik sahədə həmişə nə qədər iş görülsə də, daha çox işə imkan var: “Hər iki xalqın bir-birini daha yaxşı anlaması və daha yaxşı əməkdaşlıq etməsini görmək mümkündür. Mənim hər bir ailə üzvüm Azərbaycanı sevib, bağlanıb. Biz mütləq Azərbaycana başqa qisimdə gələcəyik. Üç ildə ikitərəfli münasibətlərin inkişafında rolu olan bir şəxs kimi, bu münasibətlərin inkişafı məni yaxından maraqlandırır”.
Səfir gələcək planlarının nə olacağı ilə bağlı suala da cavab verib: “Görüləsi işlər çoxdur. Baxıb, götür qoy edib, hansı işlərlə məşğul olmaq mümkündürsə, onunla məşğul olacağam”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
Mariya Zaxarovanın mahnısı dinləyicilərlə görüşdü
Merts Almaniyada etirazçıların hədəfində: "Rədd ol!" şüarı
Meloni İtaliyada yeni siyasi rekord qırdı
Putindən Zelenskiyə cavab: "Terrorçularla danışıqlar aparılmır"