Robert Levandovski Çempionlar Liqasında yeni rekorda imza atıb

Almaniyanın “Bavariya” klubunun futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
Minval.info-nun məlumatına görə, 33 yaşlı hücumçu buna Ukraynada Kiyev “Dinamo”sunu 2:1 hesabı ilə məğlub etdikləri matçda nail olub.
14-cü dəqiqədə hesabı açan polşalı oyunçu ikinci dəfə Avropanın bir nömrəli klub turnirində iştirak etdiyi ardıcıl 9 görüşün hamısında fərqlənə bilib.
Levandovski 2020-ci ilin noyabrından meydana çıxdığı bütün qarşılaşmalarda qol vurub. O, 2019-cu ilin avqustundan 2020-ci ilin avqustunadək olan müddətdə də Çempionlar Liqasının 9 oyununda rəqib qapılarına yol tapıb.
Qeyd edək ki, Niderland millisinin sabiq üzvü Rud van Nistelroy və hazırda İngilltərə “Mançester Yunayted”ində oynayan Kriştianu Ronaldu bunu bir dəfə bacarıb
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?