Təhsil şirkətində dələduzluq iddiası: Nigar Fərhad və anası dindirildi, həyat yoldaşı dəmir barmaqlıqlar arxasında
Aparıcı Nigar Fərhadın həyat yoldaşı Samir Yəhyazadənin həbs olunması xəbəri geniş maraq doğurub. Onun adı “AİD Group” şirkəti ilə əlaqələndirilir və bu barədə məlumatlar məhduddur.
Minval.info xəbər verir ki, Samir Yəhyazadə ali təhsili olmadan özünü proqramlaşdırma sahəsində inkişaf etdirib və 10 il ərzində bu sahədə mütəxəssis kimi tanınıb. 2008-ci ildən ABŞ-da yaşayan Yəhyazadə, “Azeroo” şirkətinin rəhbəri olub.
Samir Yəhyazadə Nyu-Yorkda peşəkar IT mütəxəssisi kimi tanınsa da, Azərbaycanda “AİD Group” xaricdə təhsil şirkətinin rəhbərliyində də yer alıb. Şirkətin fəaliyyəti ilə bağlı vətəndaşlardan gələn şikayətlər və dələduzluq iddiaları hüquq-mühafizə orqanlarının diqqətini çəkib. Yəhyazadə Cinayət Məcəlləsinin 178.3.2 və 308-ci maddələri ilə təqsirli bilinərək 3 aylıq həbs qətimkan tədbiri ilə cəzalandırılıb.
Şirkətin təsisçisi Nigar Fərhad və anası Arzu Əliyeva da dindirilib və araşdırmalar davam edir. Aparıcının ölkədən çıxması ilə bağlı yayılan məlumatlar isə həqiqəti əks etdirmir. Nigar Fərhad Harvard Universitetində təhsil aldığını və müxtəlif televiziya kanallarında aparıcı kimi çalışdığını bildirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tələbəni universitetdən qovmaq çıxış yoludurmu? – AÇIQLAMA
VACİBUniversitetdən qovulan tələbə DANIŞDI: "Mənə təzyiq edirdilər"
VACİBRamiz Mehdiyev məhkəməyə getməmək üçün görün nə etdi
Cavid Qurbanovun əmisi oğlu HƏBS OLUNDU? - SƏBƏB
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi