Reynaldonun “Qarabağ”a qayıdışı rəsmiləşdi
Bu gün “Qarabağ” 2019-cu il öncəsi ilk transferini reallaşdırıb.
2013-2016-cı illərdə bu komandada 87 oyunda 43 qolla yadda qalmış braziliyalı forvard Reynaldo Silvanın yenidən “Qarabağ”a qayıdışı rəsmiləşib.
Futbolçu ilə 2,5 illik müqavilə imzalanıb. Reynaldo “Qarabağ”a qayıdışı haqda öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib:
“Evimə gəldiyim üçün xoşbəxtəm. Karyeramın ən gözəl anlarını burada keçirmişəm. Səbirsizliklə “Qarabağ” forması ilə yenidən meydana çıxmağımı gözləyirəm. Yaxşı formada olmaq üçün əlimdən gələni edəcəyəm. Klub rəhbərliyi, məşqçilər heyəti, azarkeşlər, “Qarabağ” camiəsi mənim üçün çox doğmadır. Komandaya fayda verməyə və “Qarabağ”la yeni uğurlar qazanmağa gəlmişəm”.
Qeyd edək ki, Reynaldo Silva “Qarabağ”a qədər Qazaxıstanın “Aktobe” klubunda çıxış edirdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?