Restoranda toy yarımçıq dayandırıldı - Bəy və 29 nəfər saxlanıldı
Qubada karantin rejiminin qaydalarını pozaraq toy mərasimi keçirmək istəyən şəxslər saxlanılıblar.
“Minval.info” DİN-ə istinadən xəbər verir ki, rayonun Qəçrəş kəndi ərazisində yerləşən restoranların birində toy mərasimin keçirildiyi aşkarlanıb. Toy mərasimi dərhal dayandırılıb, restoranın sahibi Firdovsi Əliyev, bəy Alim Mirzəyev və 28 nəfər şəxs saxlanılaraq polis şöbəsinə gətiriliblər.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. F.Əliyev, A.Mirzəyev və məclisdə iştirak edən digər şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimi zamanı sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokollar tərtib olunaraq 200 manat məbləğində cərimə ediliblər.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı
