Rekord uduş fondlu, bol uduşlu “10X”
“Azərlotereya” ASC daha çox uduş və daha çox şans olan “10X” ani lotereyasını təqdim etdi.
Azərbaycanın rəsmi lotereya təşkilatçısı və qanuni idman mərc oyunları operatoru “Azərlotereya” ASC yeni “10X” ani lotereyasını satışa çıxardı.
“10X” lotereyasının ümumi uduş fondu 68.545.840 AZN təşkil edir. Bu, indiyədək ani lotereyalar arasında maksimum göstəricidir. Ən böyük uduş məbləği isə 200.000 AZN-dir.
“10X” daha çox qazanmaq şansı vəd edir. Belə ki, “10X” simvolunu tapmaqla uduş məbləğinin 10 mislini qazanmaq mümkündür.
Qeyd edək ki, qiyməti 10 AZN olan lotereya biletlərinin ümumi sayı 10 080 000, uduşlu biletlərin sayı isə 2 781 697 ədəddir.
Oyunun qaydalarına gəldikdə isə bildirək ki, “üstüörtülü” lövhələri pozduqdan sonra “uduşlu rəqəmlər” lövhəsində əks olunan rəqəmlərdən biri (və ya bir neçəsi) “rəqəmləriniz” lövhəsində əks olunan rəqəmlərdən biri (və ya bir neçəsi) ilə üst-üstə düşərsə, bilet uduşlu sayılır və uyğun uduşlu xananın altındakı məbləği qazanmış olur. Əgər bilet bir neçə oyun xanası üzrə uduşlu olarsa, uduşlar cəmlənir.
“Azərlotereya” ASC-nin təşkil etdiyi ani lotereyalar dünyanın aparıcı şans oyunları şirkəti olan “Scientific Games” ilə əməkdaşlıq çərçivəsində hazırlanır. Hər bir ani lotereya biletinin arxasında bilet və uduşların sayı qeyd olunur.
Şans oyunları ilə əlaqədar daha ətraflı azerlotereya.com/az rəsmi internet səhifəsindən məlumat əldə edə bilərsiniz.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
""Qarabağ"la bizi ağır oyunlar gözləyir"
Qvardioladan Kloppa təklif: "Kuboklarımızı dəyişək?" - VİDEO
Türkiyəli məşhur idman jurnalisti vəfat edib
Türkiyədə derbidən əvvəl qanlı dava - VİDEO
Dünya çempionatına aid ən gülməli kapslar
Serbiyalı biznesmen İngiltərə klubunu alıb
Avropa Liqasında II turun oyunları keçirilib - NƏTİCƏLƏR