"Real Madrid" klubu baş məşqçisi barədə qərarını verdi
Madridin “Real” klubu komandanın baş məşqçisi Xulen Lopeteqi ilə müqaviləyə vaxtından əvvəl xitam verib.
“Report” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Komandanın Direktorlar Şurası bu qərarı Madrid klubunun nəticələrinin qənaətbəxş olmaması ilə bağlı qəbul edib. Baş məşqçinin vəzifələrini müvəqqəti olaraq bundan əvvəl “Kastilyu” klubunu çalışdırmış Santyaqo Solari icra edəcək. Argentinalı mütəxəssis oktyabrın 30-dan klubda işə başlayacaq.
“Real” oktyabrın 28-də “Barselona” ilə keçirilən “El klasiko” matçında 1:5 hesabı ilə məğlub olub. Komanda keçirdiyi son 7 oyundan 5-də məğlub olub və 10 turdan sonra ölkə çempionatında 9-cu yerdə qərarlaşıb.
Lopeteqi komandaya 2018-ci ilin iyununda gətirilib. O bu postda Zinəddin Zidanı əvəz edib.
Mütəxəssis bundan əvvəl İspaniya yığmasında, “Portu” klubunda və digər komandalarda işləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?