29.10.2018 - 16:48
İdman 4 baxış

“Real”ın baş məşqçisi bu gün istefaya göndəriləcək

Bu gün İspaniyanın “Real” klubunun baş məşqçisi Xulen Lopeteqi istefaya göndəriləcək.

İnterAz xəbər verir ki, buna səbəb “Real”ın La Liqanın X turunda əzəli rəqib “Barselona”ya böyük hesablı məğlubiyyətdir (1:5). Eyni zamanda son matçlarda Kral klubunun uğursuz çıxışlarıdır.

Yerli mətbuatın iddiasına görə, artıq Xulen Lopeteqi futbolçularla vidalaşıb. Bu gün Madrid klubunun Müşahidə Şurasının iclası olacaq. Bundan sonra Lopeteqinin istefası açıqlanacaq. Onun yerinə italiyalı Antonio Kontenin təyin olunacağı gözlənilir.

Qeyd edək ki, “Real” tarixinin ən pis dönəmlərindən birini yaşayır. Komanda İspaniya La Liqasının turnir cədvəlində 14 xalla IX sırada qərarlaşıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: