"Real"dan rəsmi təklif: transfer rekordu qırılır

“Real” “Tottenhem”dən Kristian Eriksenin transferi üçün hərəkətə keçib.
Qaynarinfo “The Independent”ə istinadən xəbər verir ki, madridlilər artıq İngilətərə təmsilçisinə rəsmi təkliflə müraciət edib. “Kral Klubu”nun danimarkalı ulduz üçün təklif etdiyi məbləğ açıqlanmır.
Məlumata görə, “Tottenhem” Eriksen üçün konkret məbləğ müəyyənləşdirib. İddia olunur ki, London klubu 26 yaşlı yarımmüdafiəçi üçün 225 milyon funt-sterlinq (250 milyon avro) tələb edir. Bu keçid baş tutsa, transfer rekordu qırılacaq. Hazırda rekord Neymara məxsusdu. Braziliyalı “Barselona”dan PSJ-yə 222 milyon avroya transfer olunub.
Qeyd edək ki, Eriksen 2013-cü ildə “Ayaks”dan “Tottenhem”ə 13,5 milyon avroya transfer olunub. O, cari mövsümdə forma geyindiyi 26 rəsmi matçda 6 qol vurub və 9 məhsuldar ötürmə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
FİFA Almaniya yığmasının əməkdaşlarını cərimələdi
Qara Qarayev: Azərbaycan himni bu qədər fitə basılmamışdı
Azərbaycan Premyer Liqası bu göstəricidə ikinci sıradadır
"Sabah"dan 40-cı məğlubiyyət, "Qəbələ" rekordunu təkrarlayıb
Konfrans Liqası: Qrup mərhələsinin püşkü atılıb
"Sumqayıt"ın prezidenti və baş məşqçisinə ciddi xəbardarlıq edilib
“Qarabağ” azarkeşlərindən bir dəqiqəlik sükut təşəbbüsü - FOTO