Ərdoğanın Azərbaycan səfərinin proqramı AÇIQLANDI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərinin proqramı açıqlanıb.
Bu barədə “Haber Global” məlumat yayıb.
Proqrama əsasən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq. Burada prezidentlər arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşlər keçiriləcək.
Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev görüşlərdən sonra Şuşa başda olmaqla Qarabağın yenidənqurma və inşası layihələri üçün sazişlərə imza atacaq.
Türkiyə Prezidenti iyunun 16-da Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşəcək, Milli Məclisə xitab edəcək.
Türkiyə lideri həmçinin Bakı Olimpiya Stadionunda baş tutacaq Türkiyə-Uels qarşılaşmasını da Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə tribunadan izləyəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tələbəni universitetdən qovmaq çıxış yoludurmu? – AÇIQLAMA
VACİBUniversitetdən qovulan tələbə DANIŞDI: "Mənə təzyiq edirdilər"
VACİBRamiz Mehdiyev məhkəməyə getməmək üçün görün nə etdi
Cavid Qurbanovun əmisi oğlu HƏBS OLUNDU? - SƏBƏB
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi