Ərdoğandan İsrailə sərt mesaj: “Nüvə silahlarımız var deyə özünə çox güvənmə, gün gələr o silahlar işləməz”
Nüvə silahlarımız var deyə özünə çox güvənmə, gün gələr o silahlar işləməz.
Türkiyə prezidenti və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan, partiyasının Adana 6-cı Şəhər Konqresi öncəsi çıxışında, İsrailin baş naziri Netanyahuya səslənərək, “Nüvə silahlarımız var deyə özünə çox güvənmə, gün gələr o silahlar işləməz” dedi.
Çıxışına davam edən Ərdoğan, “Dünən İsrailin Baş Naziri həmsöhbətim deyil deyə bir söz işlədib. Güya onların ordusu heç vaxt zülm etməyib. Bizim əsgərimizin Afrində məzlumlara zülm etdiyini deyir. Ey Netanyahu sən çox zəifsən. Özünə çəki-düzən ver. Sən terror dövlətisən. İsrail ordusu ancaq məzlumlara qarşı cəsarətli olur. Məzlumların başqa, qorxaq. Qorxaqlar qələbə abidəsi ucalda bilməz.” deyə qeyd edib. Avropa.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
Mariya Zaxarovanın mahnısı dinləyicilərlə görüşdü
Merts Almaniyada etirazçıların hədəfində: "Rədd ol!" şüarı
Meloni İtaliyada yeni siyasi rekord qırdı
Putindən Zelenskiyə cavab: "Terrorçularla danışıqlar aparılmır"