Ərdoğandan ABŞ-a SƏRT CAVAB - "Terrorçulara verdiyiniz silahlar əlimizə keçir"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Dövlət Departamentinin Afrindəki vəziyyətlə bağlı bəyanatına münasibət bildirib.
Minval.İnfo “Ölkə.Az”-a istinadən xəbər verir ki, R. T. Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki qrup toplantısındakı çıxışında ABŞ-ın terrorçularla əməkdaşlıq etdiyini və Türkiyənin terrorizmlə bağlı qayğılarına etinasız yanaşdığını bəyan edib:
“Biz sizə Suriyanı terror təşkilatlarından birgə təmizləməyi təklif edəndə harada idiniz? PYD/YPG ilə əməkdaşlıq edərək İŞİD terror təşkilatını təmizləyəcəyinizi dediniz. “Gəlin İŞİD-i birlikdə təmizləyək” deyən zaman bizə inanmadınız. İndi isə, Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birlikdə PYL/YPG-ni necə təmizlədiyini izləyin. Türkiyə ilə strateji tərəfdaş olduğunu deyərək terrorçularla əməkdaşlıq edən ABŞ, onlara 5 min yük maşını silah və texnika verdi. Biz pulumuzla silah almaq istəyən zaman bizə satmadığınız silahları onlara pulsuz verdiniz. Bu, necə strateji ortaqlıqdır?! İndi terror təşkilatı qaçır. Terrorçulara verdiyiniz silahlar da yavaş-yavaş bizim əlimizə keçir və keçməyə davam edəcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
Mariya Zaxarovanın mahnısı dinləyicilərlə görüşdü
Merts Almaniyada etirazçıların hədəfində: "Rədd ol!" şüarı
Meloni İtaliyada yeni siyasi rekord qırdı
Putindən Zelenskiyə cavab: "Terrorçularla danışıqlar aparılmır"