Ərdoğan: “Təslim olmayacağıq”
“Zahirdə özünü bizə strateji müttəfiq kimi göstərib, lakin atdığı hər addımda bizi strateji hədəf halına gətirməyə çalışanlara təslim olmadıq və olmayacağıq”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ankarada keçirilən VI qurultayında deyib.
Onun sözlərinə görə, Türkiyənin inkişafını istəməyənlər ölkədə çevrilişə cəhd ediblər: “Biz qurulan oyunlara boyun əyən deyil, oyun quran xarici siyasət yaratmışıq”.
R.T.Ərdoğan həmçinin ölkənin bəzi iqtisadi göstəricilərini açıqlayıb: “Bu gün 140 ölkəyə film ixrac etməklə dünyada ABŞ-dan sonra ikinci yeri tutmuşuq. Oktyabrın 29-da İstanbulda dünyanın ən böyük hava limanını açacağıq. Bu hava limanının sərnişin dövriyyəsi ilk olaraq 90 mln., 2023-cü ildə isə 150 mln. nəfər olacaq”.(virtualaz.org)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!
Çoxuşaqlı ailələrə aylıq 140 manat müavinət təklifi
Macarıstanda dizel avtomobil sahiblərinə pul müjdəsi!