Ərdoğan: Putinin əleyhinə danışanlara dedim ki...
Praqada kiminlə söhbətləşirdimsə, Putinin əleyhinə danışırdı. Mən də “Səhv edirsiniz” dedim.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli mediaya müsahibəsində deyib.
“Rusiya kimi ölkəyə yanlış münasibət sərgiləsəniz, o da bir lider olaraq özünü əzdirmədən göstərəcək. Mən də lazım olanı edərəm. Putin də onu edir. Dünyanın ən hörmətli ölkələrdən biri olan Rusiya belə hücumlara “hə” deyə bilməz. Mümkün deyil. Putinlə danışdım. Saat 12:00-dan (2 noyabr – red.) etibarən taxıl dəhlizini açdılar. Hətta ilk növbədə Cibuti, Somali, Sudan kimi insanların acından öldüyü ölkələrə taxıl göndərilməsi barədə razılaşdıq”, – deyə türk lider bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İrandan ABŞ-yə iqtisadi müharibə təhdidi!
Qumar borcu olan molla 50 milyon yığdı
İsrailin Livana hücumları: Ölənlərin sayı artdı
Tiflisdə tramvay xətti yenidən canlanır
BMT: Süni intellekt bəşəriyyət üçün təhdid ola bilər
Ahbap dərnəyində 4,3 milyardlıq sirr açıldı!
Qızılın qiyməti düşdü: Faiz gözləntiləri artdı