Razi Nurullayev: “Evdə qalmış xanımların problemlərini həll edəcəyik” – VİDEO
Azərbaycan prezidenti olmaq istəyən namizəd evdə qalmış xanımların problemlərini həll edəcəyinə söz verdi.
Minval.İnfo xəbər verir ki, prezidentliyə namizəd Razi Nurullayev bu sözü canlı yayımda verib.
Razi Nurullayev deyib ki, hakimiyyətə gələrsə yeni İslam modelini tətbiq edəcək:
“Azərbaycanın mental xüsusiyyətlərinin təsiri nəticəsində çoxsaylı ailə qura bilməyən qadınlarımız var. Fiziki məhdudiyyəti ucbatından və ya digər səbəblərdən ailə qura bilməyən xanımlarımızın da sayı az deyil. Bizim yeni İslam modelimiz bu məsələləri həll etmək üçün əsaslara malikdir.
Xanımlarımız gözəldir və xoşbəxt olmaq onların haqqıdır. İslam dini də bu təbliğ edir. Bununla bağlı geniş konsepsiyamız var, təqdim edəcəyik”.
Minval.İnfo
https://www.youtube.com/watch?v=XfVGw2aHNk4&feature=youtu.be
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
Mariya Zaxarovanın mahnısı dinləyicilərlə görüşdü
Merts Almaniyada etirazçıların hədəfində: "Rədd ol!" şüarı
Meloni İtaliyada yeni siyasi rekord qırdı
Putindən Zelenskiyə cavab: "Terrorçularla danışıqlar aparılmır"
