“Ramiz Mehdiyev bizim ağsaqqalımızdır” - Tənqid olunan sabiq sədr Nazim İbrahimov
“Ramiz Mehdiyev bizim ağsaqqalımızdır. Onun fikirlərini birmənalı olaraq qəbul edirik”.
Minval.info xəbər verir ki, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov PA rəhbəri, akademik Ramiz Mehdiyevin Diaspor Komitəsinin fəaliyyətindəki qüsurlarla bağlı açıqlamasına münasibət bildirərkən Unikal.org-a deyib.
N.İbrahimov bildirib ki, Ramiz Mehdiyev Komitədə maliyyə mənimsəməsi olduğunu deməyib. O, Komitənin fəaliyyətinin təftişinin mümkünlüyünə də aydınlıq gətirib: “Bizim işimiz göz qabağında olub. Hər zaman dövlətimizə, cənab Prezident İlham Əliyevə sədaqətli olmuşam. Təftiş etmək, yoxlama aparmaq dövlətin işidir. Dövlət nə qərar verəcəksə, o da olacaq”.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
Qeyd edək ki, PA rəhbəri Ramiz Mehdiyev Nazim İbrahimovun rəhbərliyi dövründə nöqsanlara yol verildiyini bildirib: “Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı