Ramin Hacılı azadlığa çıxıb
İctimai-siyasi fəal Ramin Hacılı azadlığa çıxıb.
Minval.info xəbər verir ki, bu barədə Ramin Hacılı sosial mediada paylaşım edərək “Azadlıqdayam! Hər şey yaxşı olacaq!” yazıb.
Rəsmi məlumatlara görə, R.Hacılı 2018-ci il iyunun 4-də dövlət sərhədini qanunsuz keçmək istəyərək saxlanılıbı. Dövlət Sərhəd Xidmətinin (DSX) İstintaq İdarəsində onun barəsində 29, 318.1-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Daha sonra məhkəmə onun barəsində həbs-qətimkan seçmişdi. R.Hacılının cinayət işinə məhkəmədə baxılıb və o, bu gün azadlığa buraxılıb.
R.Hacılı saxlanılarkən 250 min manat həddində borcunun olduğunu, xaricə getməklə bu borcları işləyib qaytarmağa çalışdığını bildirmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?