Ramil Şeydayev: "Olimpiakos"un futbolçuları vaxtı uzadırdılar"
“İki oyun arasında elə bir fərq görmədim. Sadəcə, “Olimpiakos” Bakıda müdafiədən və daha sıx oynadı, bizə boş zonalar vermədi. Matçın sonlarında isə vaxtı uzadırdılar”.
“Report”un məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Ramil Şeydayev Bakıda Yunanıstan “Olimpiakos”u ilə qolsuz heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçından sonra “CBC Sport”a açıqlamasında deyib.
26 yaşlı hücumçu rəqibdən belə oyun gözləmədiklərini bildirib: “Düşünürdük ki, hücum edib, qol vurmağa çalışacaqlar. Hətta cinah müdafiəçiləri belə, hücumlara qoşulmurdular. Tam qapanmışdılar”.
Şeydayevin sözlərinə görə, qol imkanları olsa da, bəxtləri gətirməyib: “Amma 1 xal da bizim üçün yaxşı nəticədir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Messi və Ronaldu eyni komandada oynayacaq!
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır