17.11.2018 - 12:37
İdman 3 baxış

Ramil Quliyev Türkiyə ordusunda

Atletika üzrə azərbaycanlı dünya və Avropa çempionu Ramil Quliyev Türkiyədə hərbi xidmət keçib.

Oxu.Az xəbər verir ki, 417 əsgər arasında Türkiyəni təmsil edən Ramil Quliyevlə yanaşı iş adamı Aydın Doğanın nəvəsi Alihan Yalçındağ da olub.

Quliyev Instagram-da türk dilində bu barədə bunları yazıb:

“Hər türk əsgər doğar! Vətən borcumu tamamlayıb bu gün (dünən) tərxis oldum. Bu gün əsgərlik vəzifəsini tamamlayan bütün mehmetçik qardaşlarımı da təbrik edirəm. Və bütün mehmetçiklərə yaxşı xidmətlər arzulayıram”.

Bundan sonra idmançının izləyiciləri olan türklər Azərbaycan və Türkiyə bayraqlarını paylaşaraq buna görə Ramil Quliyevə təşəkkürünü bildiriblər.

Qeyd edək ki, bu 417 əsgərin hərbi xidməti bədəlli olub. Onlar andiçmədən sonra evə buraxılıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: