Ramil Quliyev: “Hər şey əlimizdə deyil”

Yüngül atletika üzrə Dünya və Avropa çempionu Ramil Quliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında medal qazana bilməməsinin səbəblərini açıqlayıb.
Minval.info Offsideplus.az-a istinadən xəbər verir ki, Türkiyəni təmsil edən azərbaycanlı sprinter səhhətində yaranmış problemləri səbəb olaraq gətirib.
“Olimpiadada medan qazanmaq istəyirdim, lakin səhhətimdə olan problemlərə görə bunu etmək mümkün olmadı. Hər şey əlimizdə deyil. Məşqlərdə 100 faiz güclə çalışdım, əlimdən gələni etdim. Qismət deyilmiş.
Qarşıda bizi Dünya və Avropa çempionatları, İslam Həmrəylik Oyunları, Akdeniz Oyunları və Superliqa gözləyir. Əlimizdən gələni edəcəyik ki, komanda adına yaxşı çıxış edək”.
Qeyd edək ki, Ramil Quliyev bu il keçirilən Olimpiadada yarımfinalda 6-cı olaraq finala yüksələ bilməmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?