Rafael Ağayevin rəqibləri bəlli oldu

Tokio-2020 Yay Olimpiya Oyunlarında karate yarışlarının püşkü atılıb.
Minval.info qol.az-a istinadən xəbər verir ki, sabah start götürəcək turnirdə Azərbaycan karateçilərinin də rəqibləri bəlli olub.
Beşqat dünya və onqat Avropa çempionumuz Rafael Ağayev (75 kq) Luici Busa (İtaliya), Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajiqanovla (Qazaxıstan) birlikdə B qrupunda mübarizə aparacaq. Ağayevin əsas rəqibi Luici Busa sayılır. O, ikiqat dünya, altıqat Avropa çempionudur.
Rafael Ağayev avqustun 7-də mübarizə aparacaq.
Qeyd edək ki, iki qrupdan ibarət olan yarışların hər qrupunda 5 karateçi mübarizə aparacaq. Reqlamentə əsasən ilk iki yeri tutacaq idmançılar yarımfinala yüksələcək. Qrup birinciləri yarımfinalda ikincilərlə üz-üzə gələcək. Finala gedən yolda uduzan idmançılar isə bürünc medala sahib olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qurban Qurbanova görə "Qarabağ" cərimələndi
Klub rəsmisindən futbolçuya: "Qardaşım qızına mesaj yaza bilərsən" - FOTOLAR
ÇL: “Mançester Yunayted”dən fantastik geri dönüş - VİDEO
"Qarabağ" İtaliya klubunun braziliyalı qapıçısına elçi düşüb
"Qalatasaray"dan Osimhenin zədəsi barədə AÇIQLAMA
"Barselona" və ulduz futbolçu arasında gərginlik son həddə çatdı
Tərlan Əhmədov: "Bu durum bəzi oyunçulara şans yaradacaq"