Rəsmi Paris Qarabağla bağlı mövqeyini açıqladı
Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair həll variantının tapılmasına kömək edir.
Minval.info apa-ya istinadən məlumat verir ki, bunu bu gün Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra mətbuata bəyanatında bildirib.
O, deyib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri olduğu üçün böyük öhdəlikləri var.
Onun sözlərinə görə, mövcud status-kvo həll variantı deyil:
“Biz sülhü və regionda stabilliyi istəyirik. Ümid edirik ki, növbəti aylar ərzində bu həll variantının tapılması istiqamətində Fransa daha da aktiv olacaq. Biz bu istiqamətdə beynəlxalq müstəvidə də öz əlaqələrimizi davam etdirəcəyik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ramzan Kadırov azərbaycanlını Baş nazirin müavini təyin etdi
Prezident xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul etdi
Siyavuş Novruzov: “Makron bir həftə əvvəl Praqada mollalıq edirdi”
Trampın anti-müsəlman sifəti...
Oqtay Əsədovdan dollarla olan kreditlərlə bağlı AÇIQLAMA
“Sülhməramlıların yerləşdiyi ərazilərdə vəziyyət nəzarətimiz altındadır"
Lukaşenko Putinin Ukraynadakı dayağı ilə görüşdü