Gənclər üçün media bacarıqlarını artıran təlimlər başladı
Qazax şəhərində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər Evlərinin direktorları, əməkdaşları və könüllü gənclərin iştirakı ilə ‘Media Akademiyası’ adlı üç günlük təlim düşərgəsi təşkil olunub. Bu layihənin əsas məqsədi Gənclər Evlərinin media və kommunikasiya imkanlarını gücləndirmək, əməkdaş və könüllülərin informasiya ilə işləmək, rəqəmsal platformalardan səmərəli istifadə etmək və həyata keçirilən layihə və təşəbbüsləri daha effektiv şəkildə ictimaiyyətə təqdim etmək bacarıqlarını inkişaf etdirməkdir.
Minval.info xəbər verir ki, düşərgə çərçivəsində iştirakçılar media ilə əlaqələrin qurulması, sosial media idarəçiliyi, vizual kommunikasiya və böhran vəziyyətlərində effektiv informasiya siyasəti üzrə nəzəri və praktiki biliklər əldə ediblər. Təlim proqramının ilk sessiyasında ‘Press-relizlərin hazırlanması və informasiya təhlükəsizliyi’ mövzusu diqqət mərkəzində olub. ‘Yurd.media’ informasiya portalının baş redaktoru Murad Əliyev iştirakçılara informasiyanın düzgün hazırlanması və təqdim edilməsi, press-relizin əsas prinsipləri, media ilə iş və informasiya təhlükəsizliyi məsələləri barədə məlumat verib.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimai-siyasi proqramlar departamentinin direktor müavini Araz Balayev tərəfindən keçirilən ‘Sosial medianın effektiv idarə edilməsi’ sessiyasında isə sosial media strategiyasının hazırlanması, auditoriyanın marağına uyğun məzmunun formalaşdırılması və rəqəmsal platformalarda effektiv kommunikasiya üsulları müzakirə olunub. ARB24 telekanalının icraçı direktoru Elnur Şibliyev ‘Televiziya kommunikasiyası və effektiv vizual informasiya idarəçiliyi’ mövzusunda keçirilən sessiyada iştirakçılarla televiziya mediası ilə əməkdaşlığın xüsusiyyətlərini bölüşüb, kamera qarşısında çıxış və vizual kontentin hazırlanması ilə bağlı praktiki tövsiyələr verib.
Layihənin yekun sessiyasında ‘Media Akademiyası’ layihəsinin rəhbəri, jurnalist Xanlar Mehdiyev ‘Media kommunikasiyası və böhran kommunikasiyasının effektiv idarə edilməsi’ mövzusunda təlim keçib. Sessiyada böhran zamanı düzgün kommunikasiya strategiyasının qurulması, operativ qərarvermə, informasiyanın çevik idarə olunması və media ilə effektiv əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb. Sonda iştirakçılar real kommunikasiya situasiyaları və praktiki tapşırıqlar üzərində işləyiblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"