Rəşid Mahmudov Müşfiqi təhqir edənlərə cavab verdi — “Bu cür adamlar psixi xəstədir”
Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tanınmış alim Rəşid Mahmudov özünü “gənc şair” adlandıran şair Elşad Baratın Azərbaycan xalqının sevilən şairi, repressiya qurbanı Mikayıl Müşfiqi təhqir etməsinə cavab verib.R.Mahmudov “Ölkə.Az”a açıqlamasında bildirib ki, Elşad Barat tanınmaq üçün bu addımı atıb:
“Ümumiyyətlə, son zamanlar Azərbaycanın bir çox görkəmli şair və yazıçıları haqqında aşağılayıcı fikirlər səsləndirən adamlar peyda olub. Əgər bu gün Azərbaycan xalqının görkəmli nümayəndələri olan Səməd Vurğuna, Mikayıl Müşfiqə və digər yazıçılarımıza bu cür iyrənc ləkələr atılırsa, deməli dünyanın sonu çatıb. Şəxsən mən bunu belə hesab edirəm. Görünür ki, həmin adamların özləri çox səviyyəsizdir. Adlarını “şair”, “yazıçı” qoyublar, ancaq şeirin, şairin nə olduğunu dərk etmirlər. Mən bu cür adamları psixi xəstə hesab edirəm. Yaxşı olar ki, gedib özlərini həkimə göstərsinlər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Göyçay çayı üzərindən hərəkətin bərpa olunacağı vaxt açıqlandı
İşdən çıxarılan icra başçısı ölkədən qaçdı...
Bayılda vəziyyət gərgindir - Evlərin içindən fotolar
Binəli Yıldırım, mühafizəçisi və Şamil Ayrım Türkiyəyə yola salınıb
Sabir Rüstəmxanlı: "2 min yazıçı olsun, 200 rüşvətxor məmur olmasın" - VİDEO