Rəqibin burnunu sındıran futbolçuya 48 oyunluq cəza verilib

Avstriyada həvəskarlar liqasında çıxış edən “Viktoriya Breqents” klubunun futbolçusu Rəşid Arsanukayev uzunmüddətli diskvalifikasiyaya məruz qalın.
Minval.info-nun “Kronen Zeitung” nəşrinə istinadən məlumatına görə, buna rusiyalı oyunçunun “Gefis/Zattayns”a qarşı IX liqa matçında rəqib futbolçunu vurması səbəb olub.
Sentyabrın 11-də keçirilmiş qarşılaşma zamanı Arsanukayev rəqibinə başı ilə zərbə endirdiyi üçün baş hakimdən ikinci sarı vərəqəni alıb. Qərardan narazı qalan futbolçu “Mən sizə “Əslində nəyə görə cəza verilməli olduğunu göstərəcəyəm” deyərək yenidən rəqib oyunçuya hücum çəkib və kəllə ilə onun burnunu sındırıb.
Hadisə yerinə polis çağırılıb və insidentlə bağlı müvafiq məlumatlar məhkəməyə göndərilib. Zədəli futbolçu əməliyyat edilib və bir neçə turu buraxacaq. Arsanukayev isə 48 oyunluq diskvalifikasiya olunub və 2023 -cü ilin payızınadək meydana çıxa bilməyəcək.
“Viktoriya Breqents” klubu Arsanukayevi heyətdən kənarlaşdırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?