26.04.2022 - 13:09
Sosial
23 baxış
“Quru sərhədləri bağlı saxlamağın heç bir mənası yoxdur”- Ekspert
“Məlum olduğu kimi, Nazirlər Kabinetinin qərarı ilə mayın 1-dən etibarən ölkədə xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən – tibbi maska, parça maska, respirator və s. istifadə tələbi ləğv edilir. Pandemiya bitir və bu səbəbdən də maska tələbinin ləğvi doğru addımdır. Artıq pandemiya səbəbindən tətbiq edilən bir çox qadağalar ləğv edilib. Hesab edirəm ki, artıq quru sərhədlərinin açılması ilə də bağlı müvafiq qərar verilməlidir. Azərbayacana qonşu olan bütün ölkələr quru sərhədlərini açıq saxlayır. Bu məqamda Azərbaycanın sərhədlərinin bağlı qalmasını doğru hesab etmirəm. Pendemiya bitmək üzrədir, təhlükə sovuşub. Bu səbəbdən də quru sərhədlərinin bağlı saxlamağın heç bir mənası yoxdur”.Bu fikirləri Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Ekspert bildirib ki, sərhədlərin bağlı qalmasının səbəbi təhlükəsizlik tələblərindən irəli gəlirsə, bunun izahı verilməlidir:

”Fikrimcə, sərgədlərin bağlı saxlanılmasının pandemiya ilə heç bir əlaqəsi yoxdur. Azərbaycanla qonşu olan ölkələrdə də pandemiya ilə bağlı vəziyyət, elə bizdəki ilə eynidir. Yoluxma saynda kəskin azalma var, vaksin olunanların sayı isə yüksəkdir. Belə görünür ki, quru sərhədlərinin bağlı qalması bəzi aviya şirkətlərə təyyarə biletlərinin baha olmasına görə sərf edir. Əsl səbəb budur. Bu vəziyyəti başqa cür izah etmək olmaz. Mövcud vəziyyət insanlar tərəfindən narazılıqla qarşılanır. Narazılıqların olması da başadüşüləndir, insanlar haqlıdırlar. Vətəndaşların qonşu ölkələrdə xeyli sayda yaxınları, tanışları var. Gedib yaxınları, qohum-əqrabası ilə görüşmək istəyirlər.
Ancaq sərhədlərin bağlı olması ucbatından gedə bilmirlər. Hesab edirəm ki, bütün bunları nəzərə alıb ən qısa zamanda quru sərhədlərin açılması ilə bağlı müvafiq qərar verilməlidir.
Quru sərhədlərinin açılması həm də sərhədyanı ticərətin canlanmasında səbəb olacaq. Təbii ki, bu ölkə iqtisadiyyatına da öz müsbət təsirini göstərəcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Pensiyaçılara kredit qapıları bağlanır?
12.09.2026 - 10:38
Atalıq məzuniyyəti: 1126 işçi faydalandı
08.09.2026 - 17:09
Əmək müqaviləsi olmayanlar pensiya hüququndan məhrumdur
08.09.2026 - 11:33
Ahıllar evində 214 nəfərə xüsusi qayğı göstərilir
07.09.2026 - 22:29
Elgiz Əkbərdən YouTube-da yeni sosial layihə
07.09.2026 - 21:54
Kəlbəcərdə ilk əmək yarmarkası: 90 vakansiya!
06.09.2026 - 10:47
Nazirliyin xidmətləri üçün e-sorğuya qoşulun!
01.09.2026 - 18:54
Sosial ödənişlər avqustun 25-də tamamlanır
25.08.2026 - 09:55